25 İyun 2014 12:29
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahmud əz-Zəhhar: “İstənilən şəhəri vurmağa qadirik”

“Həmas” siyasi bürosunun üzvü Mahmud əz-Zəhhar Fələstin müqavimət hərəkatının İsraildəki hər hansı bir şəhəri vura biləcək gücə malik olduğunu söyləyib.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, Zəhhar bu sözləri tunelda dağıntılar altında qalaraq, həlak olan 5 üzvünün dəfn mərasimində söyləyib.
O, vurğulayıb ki, başda “Əzələysəm” briqadaları olmaqla müqavimət qüvvələri Fələstində işğal altındakı hər hansı bir şəhəri vuracaq gücdədir: “İşğal güclərini Siccil Daşı əməliyyatında sınamışdıq".

İsrail ordusunun 14 noyabr 2012-ci il tarixində “Həmas”ın silahlı qanadı “İzzəddin Əzələysəm Briqadaları” liderlərindən Əhməd əl-Cəbərini hədəf alan hücumuyla başlayan və 8 gün davam edən "Bulud sütunu" əməliyyatına qarşı cavab tədbirləri Həmas tərəfindən Qurandakı bir ayəyə işarə olaraq, "Siccil daşı" adlandırılmışdı. Qəzzadakı Fələstinli qruplar tərəfindən İsrailə atılan "Fəcr-5" adlı mərmilər də o zaman ilk dəfə Təl-Əviv şəhərinə çatmışdı.

Nail Cəlil


Müəllif: