25 İyun 2014 12:39
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail döyüş təyyarələrinin Qəzzənin cənub, orta və şimal bölgələrinə təşkil etdiyi 5 hava hücumunda 2 nəfər yaralanıb. Hərbi təyyarələr vasitəsilə gerçəkləşdirilən hücum nəticəsində bir sıra yaşayış binalarına və evlərə ciddi ziyan dəyib.


Teleqraf.com-un xəbərinə görə, İsrail döyüş təyyarələri “İslami Cihad” Hərəkatının silahlı qanadı - Qüds briqadasının cəmləşdiyi ehtimal edilən mənətəqələri intensiv şəkildə bombalayıblar. Hadisə nəticəsində islamçıların məruz qaldığı itkilər barədə məlumat verilməyib.

İsrail rəhbərliyi iyunun 12-də Qərbi Şəriyədəki Guş Etzion məskunlaşma vahidində itən 3 yəhudi gəncin qaçırıldığını iddia etmiş, baş verənlərə görə, Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirmişdi. Bu şəxslərin tapılmasından ötrü İsrail parlamenti orduya əməliyyat aparmaq üçün geniş səlahiyyətlər vermişdi.

Nail Cəlil


Müəllif: