25 İyun 2014 13:02

15 yaşlı qız yataqxana nəzarətçisinin cinsi təcavüzünə məruz qaldığını iddia edərək məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyədə baş verib. 15 yaşlı N.U. 4 il əvvəl İzmirdə Buca qızlar yataqxanasında 32 yaşlı C.Y.T.-nın onu zorladığını və bakirəliyini pozduğunu irəli sürüb. N.U.-nun məhkəmədə izahat verən zamanı həmin gün baş verənləri soyuqanlı şəkildə danışması isə diqqətdən yayınmayıb: "Həmin gün C.Y.T. ilə cinsi əlaqədə olduq. Bakirəliyimi pozduğunu deyib mübahisə etdik. O isə mənə bakirəliyimi pozmadığını və mənim yatağa nar suyu tökdüyümü deyərək üzərimə hücm etdi. Daha sonra məni parka apardı. Mən isə polisə gedərək şikayət ərizəsi yazdım".

Ekpertiza N.U.-nun bakirəliyinin pozulmadığı, amma psixi sağlamlığının yerində olmadığına dair rəy verib. Bununla yanaşı, yataqdakı ləkənin də nar suyu olduğu ortaya çıxıb.

Həkimlərin rəyindən sonra həbs edilən C.Y.T. şərti azadlığa buraxılıb. Faktla bağlı araşdırma davam edir.

Dəniz Əliyeva


Müəllif: