25 İyun 2014 15:37
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə Qahirə metrosunda 4 nəfər yaralandı

Bu gün Misirin paytaxtı Qahirədə, şəhər metrosunda silsilə partlayışlar baş verib. Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, 4 partlayış nəticəsində 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, partlayışlar əldə hazırlanmış partlayıcı qurğular vasitəsi ilə törədilib.

Bombalardan biri Qahirənin şimalındakı Şubra əl-Hayme metro stansiyasında şəxsiyyəti təyin oluna bilməyən kəslər tərəfindən yerləşdirilib və burada baş verən partlayış 2 nəfərin yaralanmasına səbəb olub. Digər 3 partlayış Qahirənin şərqində olan Gamra, Hadaik əz-Zeytun və Kobri əl-Qübbə metrostansiyalarında baş verib. Bu zaman 1 nəfər xəsarət alıb. Daha 1 şəxs isə Qahirənin əl-Cədidə səmtindəki Məhkəmə Meydanında yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb.

Nail Cəlil


Müəllif: