25 İyun 2014 17:23

İranın Kürdüstan əyalətindəki Kamyaran dağlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) könüllüləri ilə İran İnqilabı əleyhinə olan qruplaşma arasında qarşıdurma baş verib.

Hadisə zamanı "Sepah"ın 4 könüllüsü öldürülüb.

Trend İranın IRNA agentliyinə istinadən xəbər verir ki, hadisə iyunun 23-də baş verib. Agentlik məlumatı bu gün yayımlayıb.

Məlumata əsasən, öldürülən könüllülər bu gün öz şəhərlərində dəfn olunublar.

İslam İnqilabı əleyhinə olan qruplaşmanın dəqiq adı göstərilmir.


Müəllif: