25 İyun 2014 22:35
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krallığın təhlükəsizlik qüvvələri hərəkətə keçdi

İordaniya ordusu “İraq Şam İslam Dövləti” (IŞİD) terror təşkilatının ölkənin sərhədinə çatmasına cavab oIaraq, İraq sərhədində təhlükəsizlik tədbirlərini artırıb.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, İŞİD döyüşçülərinin İraqın İordaniyaya açılan Taribil sərhəd məntəqəsini ələ keçirməsi müqabilində krallıq ordusu təhlükəsizlik tədbirlərini nəzərəçarpacaq dərəcədə gücləndirib.

Belə ki, İordaniya silahlı qüvvələri paytaxt Əmmanın 400 kilometr şərqindəki əl-Kəramə İraq sərhəd qapısında təhlükəsizlik tədbirlərini artıraraq, hərbi texnikanı və əsgərləri həmin istiqamətdə cəmləşdiriblər.Amerika rəsmiləri isə İŞİD-in İordaniyaya girməsi halında ABŞ hərbi qüvvələrinin bu terrorçu təşkilata hücum edəcəyini açıqlayıblar.

Nail Cəlil


Müəllif: