26 İyun 2014 01:09
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın prezident seçkilərində namizədi olacaq. Teleqraf.com-un məlumatına görə, bu barədə “Reuters” baş nazirin müavini Bülent Arınca istinadən xəbər yayıb.

“Biz hamımız başa düşürük ki, prezidentliyə namizədimiz kim olacaq. İyulun 1-də bütün qadağalar götürüləcək və biz yəqin ki, öz baş nazirimizin namizədliyini irəli sürəcəyik”, - deyə o qeyd edib.

Türkiyədə prezident seçkiləri bu il avqustun 10-da keçiriləcək. Bu, ölkə tarixində prezidentin birbaşa və ümumxalq səsverməsi yolu ilə seçiləcəyi ilk seçkilər olacaq. Əgər birinci turda namizədlərdən heç biri yetərli sayda səs toplamasa, avqustun 24-də ikinci tur olacaq.

Fidan


Müəllif: