26 İyun 2014 13:22
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bengazidə təqaüdçü general Hafterə bağlı ortaq təhlükəsizlik gücləri ilə orduya aid olunan Ra'fallah əs-Sehati batalyonu arasında yaranan qarşıdurmada 7 adam ölüb, 52 nəfər isə yaralanıb.

Ortaq təhlükəsizlik qüvvələrinin sözçüsü İbrahim əş-Şəra bununla bağlı bildirib ki, əl-Hevari bölgəsindəki seçki mərkəzlərində təhlükəsizliyi təmin edərkən onlara Rafallah əs-Sehati batalyonu üzvləri tərəfindən atəş açılıb.

Teleqraf.com-un TRThaberə istinadən verdiyi məlumata görə, atəş açanlara qarşılıqlı cavab verilməsi iki hərbi qruplaşma arasında münaqişənin yaranmasına səbəb olub. Orduya bağlı Ra'fallah əs-Sehati batalyonu səlahiyyətliləri isə ilk atəş açan tərəfin özləri deyil, əksinə, ortaq təhlükəsizlik qüvvələri oduğunu bəyan edib.

Liviyada dünən 40 illik Müəmmər Qəddafi rəhbərliyinə son verən 2011-ci il xalq qiyamından bu yana ikinci dəfə parlament seçkiləri keçirilib.Təqaüdçü general Xəlifə Hafter bu ərəfədə Bengazidəki hökumət yanlısı qruplara qarşı "qürur döyüşü" başlatdığını eşitdirmiş, ölkənin parlamenti olan Milli Ümumi Konqres və keçid hökuməti bu vəziyyəti "zərbə cəhdi" kimi qiymətləndirmişdi. Aralarında köhnə Baş nazir Əli Zeydanın da olduğu çox sayda siyasətçi və elit əsgəri birliklər isə Hafteri dəstəklədiyini açıqlamışdı.

Nail Cəlil


Müəllif: