26 İyun 2014 13:36
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın Dərbənd şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 1 terrorçu məhv edilib.

Dağıstan polisinin yaydığı açıqlamada bildirilir ki, yaraqlı şəhərdə evlərdən birində gizlənib. Polis evi mühasirəyə alıb. Bir müddət davam edən atışmadan sonra terrorçu öldürülüb. Polis trəfdən ölən və yaralanan olmayıb. Hazırda terrorçunun gizləndiyi evə baxış keçirilir.

Qeyd edək ki, ötən gün saat 23 radələrində Dərbənddə əks-terror əməliyyatlarına start verilib.


Müəllif: