26 İyun 2014 13:51
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün erkən saatlarda Suriya döyüş təyyarələrinin Livanın Tufeyl diyarına təşkil etdiyi hücumda 7 dinc sakin həyatını itirib.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, Suriya aviasiyası hücum zamanı Livan-Suriya sərhədinə yaxın ərazidə sığınacaq tapmış suriyalıların yaşadığı bölgəyə hücum edib. Hücumda 1-i livanlı, 6-ı suriyalı olmaqla, 7 nəfər həlak olub. Livan hökuməti baş verənlərə rəsmi münasibət bildirməyib.

Nail Cəlil


Müəllif: