27 İyun 2014 10:59
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın kürd muxtariyyəti Kərkükün müdafiəsi üçün hər şeyə hazırdır. Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, bunu muxtariyyət administrasiyasının rəhbəri Məsud Bərzani bəyan edib.

Bərzaninin sözlərinə görə, Kərkük əhalisi də terrorçu qruplaşmalara qarşı mübarizə aparmağa hazırdır: "Kərkük əzab-əziyyətlər çəkmiş tarixi şəhərdir. Biz söz veririk ki, Kərkükün gələcəyi "Pəşmərgə" (Kürd administrasiyası tabeliyində olan xüsusi təyinatlılar dəstəsi) müdafiəsinin köməyi ilə daha parlaq olacaq"./Trend/


Müəllif: