27 İyun 2014 11:14
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda təşkil edilən bombalı intihar hücumunda 21 adam həyatını itirib, 49 nəfər isə yaralanıb.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, terror aksiyası Bağdadın Babul-Derveze məhəlləsində baş verib.

Terror hücumunun İŞİD-ə bağlı silahlı qruplaşma tərəfindən həyata keçrildiyi ehtimal olunur. Hələ ki, intiharçı hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Nail Cəlil


Müəllif: