27 İyun 2014 11:57
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında cinayət vaxtı maraqlı hadisə qeydə alınıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkar oğurluğa girdiyi mənzilin kompüterindən istifadə etdikdən sonra sosial şəbəkədəki səhifəsindən çıxmağı unudub.

Mənzildən çoxlu dəyərli əşyalar oğurlayan cinayətkar öz "Facebook" səhifəsinə girmək üçün mənzildəki kompüterdən istifadə edib. Evə qayıdan ev sahibi mənzildə cinayətkarın qurumaq üçün asılmış əşyalarını tapıb. Bundan başqa, ev sahibi kompüterdə cinayətkarın "Facebook" səhifəsinin açıq qaldığını görüb.

Zərərçəkən özünü itirməyərək cinayətkara mesaj yazıb və oğurlanmış əşyaların geri qaytarılması üçün görüşməyi təklif edib.

Təyin olunmuş yerdə isə cinayətkarı polis işçiləri gözləyib...


Müəllif: