27 İyun 2014 12:05
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Ərdoğanın kabinetindən çıxan dinləmə qurğularının fotoları yayılıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, "böcək"lər mikrofon, radioötürücü, antena kabeli və enerji adapterindən ibarət bir mexanizmə sahibdir.

"Vatan" qəzetinin yazdığına görə, dinləmə qurğuları Ankara Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində aşkar edilib. Araşdırmada Milli İstihbarat Təşkilatından B.A. adlı şəxs və 4-5 nəfərlik qrup iştirak edib.

Teleqraf.com həmin fotoları təqdim edir.

Nihad


Müəllif: