27 İyun 2014 14:00
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün erkən saatlarda Ukraynanın Donetsk vilayətində ATƏT-in xüsusi monitorinq missiyasının 4 üzvü separatçılar tərəfindən girovluqdan azad edilib.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu fakt monitorinq missiyasının Tvitterdəki rəsmi səhifəsində də öz təsdiqini tapıb.

Xatırladaq ki, bu ilin may ayında ATƏT-in monitorinq missiyası özünün Donetsk və Luqansk vilayətlərində çalışan 8 nəfərdən ibarət 2 müşahidəçi qrupu ilə əlaqəni itirmişdi. İyunun əvvəlində Severodonetstkdə terrorçuların liderlərindən Andrey Purqin bəyan etmişdi ki, onların girov saxlanılması şəhərdə hərbi əməliyyatların aparılmamasına təminat yaradır.

Nail Cəlil


Müəllif: