27 İyun 2014 14:31
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kraliçası 2-ci Yelizaveta Şimali İrlandiyanın paytaxtı Belfastda olarkən şəhər bazarına baş çəkib.


Sent-Corc bazarını kraliça əri, Edinburq hersoqu şahzadə Filiplə birlikdə dolaşıb.


Teleqraf.com Daily Mail-ə istinadən bildirir ki, 88 yaşlı kraliça bazarı gəzərkən lisey tələbəsi Cek Serqenor qəflətən onun qarşısına atılaraq selfisini çəkdirib.

Kraliça daha sonra "Game of Thrones" teleserialına həsr olunmuş sərgiyə qatılıb.


O, sərgidəki Vesteros Qılınclar Taxtına tamaşa edib. Təkliflərə rəğmən, kraliça o taxta oturmayıb.


Müəllif: