27 İyun 2014 21:36
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dinindən imtina edərək xristianlığı seçdiyi üçün vətənində ölümə məhkum olunan, daha sonra isə azadlığa buraxılan sudanlı qadın ABŞ-dan sığınacaq istəyib.

Teleqraf.com xəbər verir ki, qadın ailəsi ilə birgə Xartum şəhərində yerləşən ABŞ səfirliyinə müraciət edərək Sudanı tərk etmək istədiyini bildirib.

Məryəm İbrahim həbsindən və məhkəməsindən sonra ilk dəfə bazar ertəsi azadlığa buraxılıb. Lakin sabahısı gün qadın yenidən saxlanılıb. Səbəb kimi qadının ABŞ vətəndaşlığı olan həyat yoldaşı ilə birgə ölkədən qaçmaq istəməsi göstərilir. İbrahimin vəkilinin verdiyi məlumata görə, qadın saxta sənəddən istifadə etdiyi üçün “dələduzluq” maddəsi ilə ittiham olunub. “Bu ittiham ləğv edilməyincə, Məryəm İbrahimin ölkədən çıxması mümkün olmayacaq”, - deyə, vəkil jurnalistlərə bildirib.

Təkrar azadlığa buraxılan qadın bir daha elan edib ki, xristian dinindən dönmək niyyəti yoxdur.


Müəllif: