27 İyun 2014 22:48
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Kərkükü tərk etdikdən sonra şəhəri ələ keçirmiş kürdlər bu neftli zonanı heç kimə verməyəcəklərini iddia ediblər.

Bu barədə Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani bildirib. Kürd yaraqlılarının rəhbəri iddia edib ki, Bağdaddan həmişə Kərkükü istəsələr də, məsələ həll edilməmiş qalırdı və artıq problem öz-özünə həll edilib.

Bərzani kürd hərbi birləşmələrini təlimatlandırmaq üçün dünən Kərkükə gedib.

Kürdlər iddia edirlər ki, iki həftə qabaq İraq qoşunları şəhəri tərk etdikdən sonra Kərkükü “İraq və Şam İslam Dövləti” (İŞİD) yaraqlılarından qoruyurlar./anspress/


Müəllif: