28 İyun 2014 00:19
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Bilal Ərdoğan CHP liderini rəhbəri olduğu Türkiyə Gənclik və Təhsil Xidmət Vəqfi (TÜRGEV) haqda səsləndirdiyi tənqidi fikirlərə görə məhkəməyə verib.

B.Ərdoğan məhkəmə iddiasında K.Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib./azvision/

Qeyd edək ki, B.Ərdoğan CHP liderinin iyunun 23-də partiya toplantısındakı çıxışı zamanı sözügedən təşkilatın şərəf və layəqətini təhqir etdiyini iddia edir.


Müəllif: