28 İyun 2014 14:45
478

Argentina vitse-prezidenti Amado Budu rəsmi şəkildə korrupsiyada ittiham olunur.

Axar.az xəbər verir ki, bu haqda məlumat iyun 27–də işi aparan federal hakim Ariel Litho tərəfindən verilib.


Hal-hazırda Kubada rəsmi səfərdə olan Argentinanın vitse-prezidenti məhkəmə prosesi başlayana qədər azadlıqda qalacaq. Litho İqtisadiyyat naziri olarkən “Çikkone kalkoqrafika” adlı özəl çap şirkətinə yardım göstərməkdə ittiham olunur. O, şirkəti batmaqdan xilas edib və gəlir gətirəcək əlaqələr qurmaqda yardım edib. Bu mövzuda ona biznes əməkdaşı və uşaqlıq dostu Amado Xose Nunnen Karmona kömək göstərib. Bundan başqa, şirkəti hazırki vitse-prezidentin dostu Alekandr Vanderbrole idarə edir.


Müəllif: