29 İyun 2014 15:08
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq Şam İslam Dövləti” terror qruplaşması 3700 əsgərdən ibarət dəstə ilə Bağdada yeddi ayrı nöqtədən girməyə cəhd edir.


ABŞ-ın pilotsuz təyyarələri Bağdad üzərində uçmağa başladığı indiki məqamda İŞİD də Mosul və Tikrittdən gələn vəhabi gənclərdən ibarət 3700 nəfərlik qrupla şəhərə yeddi ayrı ərazidən hücum edir. İŞİD artıq Bağdadın 110 km qərbində yerləşən Mansuriyəni ələ keçiriblər.

Hazırda doqquz ölkə Bağdaddakı nümayəndəliyini evakuasiya edərək Ərbilə köçürüb.

İraqdakı bəzi qaynaqların verdiyi məlumatına görə, qarşıdurmanın başladığı müddət ərzində İŞİD İraq ordusuna 10 milyard dollarlıq ziyan yetirib. Nəticədə İraq ordusuna məxsus 4000 pulemyot, 1500 hərbi texnika, 50 ədəd tüfəng, 50 T-55 tankı və iki helikopter terror qruplaşmasının əlinə keçib.

Xatırladaq ki, İŞİD Mosuldan topladığı 300 nəfəlik əsgəri qrupla hazırda Bağdadın Samirə şəhərini bombalamaqda davam edir. Şiələrin müqəddəs hesab etdiyi on iki imamdan biri olan müqəddəs İmam Əli Əsgərin türbəsinin yerləşdiyi Samirə şəhərinin işğalı İranı ciddi şəkildə narahat edir./axar/


Müəllif: