29 İyun 2014 16:42
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK lideri Abdulla Öcalan PKK tərəfindən qaçırılan 134 uşağın geri qaytarılması barədə göstəriş verib.

ANS PRESS-in məlumatına görə, Öcalan bu göstərişi İmralıya onun ziyarətinə gələn Xalqların Demokratik Partiyasının (HDP) nümayəndə heyəti vasitəsilə PKK-çılara çatdırıb.

PKK-çıların qaçırdığı 134 uşağın bu həftə valideynlərinə təhvil veriləcəyi gözlənilir.

Abdulla Öcalanın bu addımı Türkiyə hökumətinin "çözüm sürəci"nə (Kürd probleminin həlli prosesi) dəstək olaraq atdığı bildirilir.


Müəllif: