30 İyun 2014 10:19
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rusiya prezidenti ilə cinsi azlıqların hüquqları barədə söhbət etmək istəyir

Dünya Böyük Britaniyalı müğənni Elton Con Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.

Teleqraf.com bildirir ki, müğənni Putinlə görüşərək cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr aparmaq istədiyini deyib.

Onun sözlərinə görə, Putinlə görüş bu ilin noyabr ayında baş tutmalıdır. “Putinlə görüşüb cinsi azlıqların hüquqlarının müdafiəsindən danışacam. Müzakirələrimiz müsbət nəticə verəcək, ya yox, bunu deyə bilmərəm”, Elton Con deyib.

Qeyd edək ki, Vladimir Putin cinsi azlıqlara qarşı sərt addımlar atır. Ötən il Rusiyada yeniyetmələr arasında qeyri-ənənəvi seksual münasibətlərin təbliğatının qadağan edilməsi haqqında qanun qüvvəyə minib.

Nihad


Müəllif: