30 İyun 2014 11:36
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail qüvvələrinin Qəzza bölgəsindəki Han Yunus şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində 1 nəfər ölüb, 3-ü isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, Qəzzadakı Fələstin hökuməti hücumu təsdiqləyib.

Səhiyyə nazirliyi yaralananların Han Yunusdakı xəstəxanaya yerləşdirildiyini bildirib.

İsrail tərəfindən isə hələ ki, heç bir rəsmi açıqlama verilməyib.


Müəllif: