30 İyun 2014 12:15
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya xilasediciləri Şimali Afrika və Siciliya arasında üzən balıqçı gəmisinin göyərtəsində 30 qanunsuz miqrantın cəsədini aşkarlayıb.

Teleqraf.com-un xəbərinə görə, İtaliyanın hərbi-dəniz qüvvələrindən verilən məlumata görə, cəsədlər xilasedicilərin insanları, o cümlədən iki hamilə qadını evakuasiya etmək məqsədi ilə, gəminin göyərtəsinə qalxdıqları zaman aşkarlanıb.

İlkin ehtimala görə, qanunsuz mühacirlər boğulublar. Balıqçı gəmisi Siciliyaya aparılacaq.

İtaliya hökuməti bəyan edib ki, yalnız cari il ərzində İtaliyanın cənubunda 60 min mühacir məskunlaşıb.
2014-cü ilin hesabatına görə, qanunsuz miqrasiya üzrə yeni rekord qeydə alınacaq.

Bundan öncə İtaliya hökuməti üçün ən böyük rekord 2011-ci ildə qeydə alınıb. Həmin il ölkənin cənubuna 63 min miqrant qanunsuz yerləşmişdi.

Ülviyyə


Müəllif: