30 İyun 2014 14:18
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyərbəkir şəhərində taksi sürücüsü 10 yaşlı əlil uşağı evinə aparaq təcavüz edib.

Teleqraf.com xəbər verir ki, hadisə Diyərbəkirin Bağlar bölgəsində meydana gəlib. İddialara görə, taksi sürücüsü olan 35 yaşlı S.K. 10 yaşlı M.Ş. adlı fiziki qüsurlu uşağı günorta radələrində meyvə şirəsi və şirniyyatla aldadaraq evinə aparıb. Bir müddət sonra isə azyaşlı uşaq qorxmuş vəziyyətdə ətrafdakı vətəndaşlar tərəfindən küçədə tapılıb. M.Ş. taksi sürücüsünün ona təcavüz etdiyini deyib. Olaydan xəbər tutan vətəndaşlar isə azyaşlı uşağa qarşı cinsi istismarda ittiham olunan S.K.-ni döyməyə başlayıblar. Vətəndaşların əlindən qaçmağı bacaran S.K. qısa müddətdə polis tərəfindən yaxalanıb.

Qeyd edək ki, S.K.-nın 4 il əvvəl həyat yoldaşına da təcavüz etdiyi və bu səbəbdən də ayrıldıqları məlum olub.

Dəniz Əliyeva


Müəllif: