30 İyun 2014 14:46
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İraq Şam İslam Dövləti Türkiyə sərhədində bayraq qaldırıb.

Teleqraf.com bildirir ki, terrorçular Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsəi ilə sərhəddə yerləşən Suriyanın Telabyad qəsəbəsində İŞİD-in bayrağını dalğalandırmağa başlayıb.

İŞİD Telabyad qəsəbəsində nəzarəti ələ alıb. Burada əvvəl də İŞİD bayrağı qaldırılmışdı. Lakin iyunun 15-də həmin bayraq naməlum səbəblərə görə endirilmişdi. Ötən gün axşam saatlarında isə bayraq yenidən qaldırılıb.

Qeyd edək ki, İŞİD Türkiyəni də ələ keçirəcəyi barədə bir sıra bəyanatlar vermişdi. Terrorçuları Türkiyəni İstanbulu almaqla hədələyir./ans press/


Müəllif: