30 İyun 2014 20:48
7 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada bir neçə nəfər yeniyetmə qıza hücum edərək, onu vəhşicəsinə döyüb.

Teleqraf.com-un xəbərinə görə, internetdə hamının marağına səbəb olan bu olay gemiş müzakirə mövzusuna çevrilib. Ölkə polisi hazırda azyaşlını döyən naməlum şəxsləri axtarır.

Qeyd edək ki, insident Bruklin parkında baş verib. Parkda skamyada əyləşib dincələn yeniyetməyə qəfildən bir neçə nəfərin hücumuna məruz qalıb. Videokadrlara əsasən, həmin şəxslər qadınlar olub. Ətrafdakılarsa olaya müdaxilə edib qızı onların əlindən almaq əvəzinə, soyuqqanlı şəkildə baş verənləri mobil telefonun kamerasına həkk ediblər.

Azyaşlıya acımasız davrananların üç qadın olduğunu polis də təsdiqləyib. Asayiş keşikçiləri bildirib ki, qadınların azyaşlıyla haqq-hesab çəkmələrinə heç bir səbəb olmayıb.

Elə kadrlardan da anlaşılır ki, qadınlar xüsusi səbəb olmadan azyaşlıya vəhşicəsinə zərbələr endiriblər. Əvvəlcə onu döyərək skamyadan yerə salırlar. Daha sonra başına, bədəninə, üzünə zərbələr endirrlər. Çəhrayı şortik, ağ koftalı qadınsa qızın saçından tutub sürüyür.

Olayda ən qəribəsi isə ətrafdakıların münasibətidir. Həvəslə insidentə “azarkeşlik” edənlər qıza havadar çıxmaq əvəzinə davanı qızışdırmağa çalışıblar. Olayı lentə alan şəxs isə cızığından çıxmış qadınlara fəxrlə “mənim gənc banditlərim” deyib.

Nihad


Müəllif: