30 İyun 2014 23:06
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Şam İslam Dövləti qruplaşmasının çeçen lideri Ebu Ömer El Çeçeni öldürülüb.

PKK-nın Suriyada qolu olan YPG çeçen liderinin 15 silahlı ilə birlikdə məhv edildiyini iddia edib.

İŞİD çeçen komandirinin öldüyü barədə hər hansı bir açıqlama verməyib. Bununla belə PKK-nın Suriya qolu Ebu Ömərin cəsədinin əlində olduğunu açıqlayıb.

Qeyd edək ki, Ebu Ömerin bundan əvvəl 3 dəfə öldürüldüyü barədə məlumatlar yayılsa da sonradan bu məlumatlar təsdiqini tapmamışdı.

İŞİD-in bu gün yaydığı videoda Ebu Ömerin görüntüləri də yer alıb./anspress/


Müəllif: