1 İyul 2014 14:35
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkir vilayətində PKK tərəfdarları yenidən fəallaşıb.

Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, PKK tərəfdarları bu gün səhər saatlarından etibarən Diyarbəkir-Bingöl magistral yolunu bağlayıb.

Üzü maskalı nümayişçilər yoldan keçən bütün avtomobillərin qarşısını kəsərək maşınları sürücülərin əlindən alır. Hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunub. Hərbçilər bəyan edib ki, nümayişçilər magistral yolu açmasalar vəziyyətə müdaxilə edəcəklər.

Hazırda PKK tərəfdarları təhlükəsizlik qüvvələrinə təslim olmur.


Müəllif: