1 İyul 2014 15:28

İraq Kürdüstanı muxtar vilayətinin prezidenti Məsud Bərzani müstəqillik haqda referenduma tam hazır olduğunu bildirib.

Bərzaninin sözlərinə görə, müstəqillik haqda ümummilli səsvermə bir neçə ay ərzində keçirilə bilər.

Siyasətçinin sözlərinə görə, İraq artıq yaranmış böhranla bölünüb. Kürdlər bu böhranın aradan qaldırılmasında və münaqişənin sülh yolu ilə həllində iştiraka hazırdırlar.

Lakin, bunlara baxmayaraq, kürdlərin müstəqillik hüququ danılmadır.


Müəllif: