1 İyul 2014 15:59

İrəvanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı aksiya başlayıb

Teleqraf.com bildrir ki, İrəvanın mərkəzində toplaşan nümayişçilər ölkədə elektrik enerjisi tariflərinin artırılmasına etiraz edib. Onlar ictimai xidmətlərin nizamlanması üzrə Komissiyanın iclası keçirilən binaya girmək istəyib. Lakin təhlükəsizlik qüvvələri bunun qarşısını alıb. Nəticədə qarşıdurmalar yaşanıb.

Daha sonra nümayişçilər şəhərin mərkəzi prospektlərindən birini bağlayıb. Polislər aksiyaçılara yenidən müdaxilə edib.

Hazırda etiraz aksiyası davam edir./ans press/


Müəllif: