1 İyul 2014 18:07
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Dnepropetrovsk hava-desant briqadasının artilleriyası Slavyanskda separatçıların düşərgəsini atəşə tutub.

Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, düşərgənin bombalanması nəticəsində ən azı 250 separatçının öldürüldüyü bildirilir.

Ölən separatçıların 1/3-nin çeçen, qalanlarının slavyan görünüşlü olduğu bildirilir.

Donbass vilayətində isə separatçılar iki dəmiryolu stansiyasını partladıb. Partlayışlar Luqansk və Qırmızı Liman rayonlarında törədilib.

Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasına görə, hazırda həmin istiqamətdə qatarların hərəkəti dayandırılıb. Ölən və yarlananlar barədə məlumat verilmir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.


Müəllif: