1 İyul 2014 22:46
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada polislər ölkənin şimal-şərqindəki Şibok şəhərində 276 məktəblini qaçıran "Boko Haram" radikal qrupunun üzvünü yaxalayıb.

Axar.az məlumat verir ki, saxlanılan Babuji Yaari Nigeriya gənc polis işçisi imiş. O, vəzifəsindən istifadə edərək polisin hərəkəti haqqında informasiyaları əvvəlcədən “Boko Haram”a ötürə bilirmiş. Polislər 2011-ci ildə Nigeriyanın şimal-şərqindən baş verən terror aktlarında da onu günahlandırırlar.

Xatırladaq ki, “Boko Haram” təşkilatının üzvləri aprelin əvvəllərində Şibokda 276 məktəblini qaçırıblar. Onlar uşaqları qul kimi satacaqlarını, ya da evləndirməyə məcbur edəcəklərini bildiriblər. Nigeriya hökuməti genişmiqyaslı axtarışlar aparsa da, hələlik qızları tapmaq mümkün olmayıb.

Qeyd edək ki, “Boko Haram” Nigeriyada bir neçə terror aktı törədib.


Müəllif: