2 İyul 2014 10:19
529

Rusiya Xarici İşlər naziri S.Lavrov telefonla ABŞ Dövlət katibi C.Kerri ilə Ukraynadakı hadisələri müzakirə edib.


Axar.az xəbər verir ki, ABŞ Dövlət katibi Con Kerri ilə telefonla danışan Rusiya Xarici İşlər naziri Lavrov Ukrayna prezidenti Pyotr Poroşenkonun atəşkəs müddətini uzatmamaq qərarının rus, alman, fransız və ukraynalı liderlər tərəfindən daha əvvəl əldə edilən razılaşmaları pozduğunu və qan tökülməsinə səbəb olacağını vurğulayıb. Lavrov bu qərarın Ukraynanın təxmin belə edə bilməyəcəyi nəticələrə gətirib çıxaracağını bildirib”.

Lavrovun fikirləri ilə razılaşdığını bildirən Kerri eyni hədəflərə sahib olduğunu, lakin hədəfə çatmaq üçün seçilən yolda bəzi fikir ayrılıqları yaşandığını bildirib.

Xatırladaq ki, Poroşenko 10 günlük atəşkəs müddəti sona çatandan sonra dünən xüsusi əməliyyatlara davam etmək qərarı verib.


Müəllif: