2 İyul 2014 18:44
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin 5 siyasi partiyası - Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Demokratik Sol Partiyası (DSP), Müstəqil Türkiyə Partiyası (BTP) və Türkiyə Demokratik Partiyası (Dp) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunun prezidentliyə namizədliyinin dəstəklənməsi barədə razılığa gəliblər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, partiya sədrləri öz bəyanatlarında E.İhsanoğlunun cəmiyyətin bütün təbəqələrini təmsil edən namizəd olduğunu bildiriblər.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.

2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək.

Ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb. İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İƏT-in sabiq rəhbəri E.İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü. Partiyanın lideri Kamal Kılıçdaroğlu E.İhsanoğlunun namizədliyinin cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənəcəyinə əmin olduğunu demişdi.


Müəllif: