2 İyul 2014 18:53
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə həftəlik iş müddətinin 5 gündən 4 günə endirilməsilə bağlı müzakirələr başlanıb.

Axar.az xəbər verir ki, ölkənin qabaqcıl mütəxəssislərindən olan professor Con Eşton streslə bağlı yaranan xəstəliklərin qarşısının alınması üçün həftəlik iş günlərinin azaldılmasını təklif edib.

Eşton iş günlərinin sayının azaldılmasının insanların yaxınları ilə daha çox vaxt keçirməsinə və həmçinin, işsizliyin də azalmasına müsbət təsir edəcəyini deyib.

“4 günlük iş rejiminə keçməliyik, çünki əhalinin bir hissəsi iş tapa bilmədiyi halda, digər bir hissəsi həddindən çox işləyir və bu balansın pozulmasına səbəb olur. Bundan başqa nahar fasilələri də demək olar ki, yoxdur. İnsanlar masa arxasında bir sendiviçlə işlərinə davam edir. İnsanların stresi, xəstəlik icazələri də bir problemə çevrilib”, - deyə professor bildirib.

Eştonun bu təklifi artıq ölkədə böyük əks-səda yaradıb.

İngiltərə Həmkarlar İttifaqı da bu təklifi dəstəklədiyini və işçilərin də 4 günlük iş rejimindən məmnun olacağını açıqlayıb.


Müəllif: