2 İyul 2014 19:38
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ABŞ-dan olan cinayətkar Ceremi Miks model agentliyi ilə 30 min dollarlıq müqavilə imzalayıb.

Telecraf.com bildirir ki, əvvəlcə Ceremi "ABŞ-ın ən gözəl cinayətkarı" xalq rütbəsini alıb. Ceremi Miksin məşhurlaşmasına səbəb iyunun 19-da Stokton şəhər polis departamentinin Facebook səhifəsində onun şəklini dərc etməsindən sonra başlayıb. Qanunsuz silah saxlama ilə həbs edilmiş Cereminin şəkli 100703 layk yığmağı bacarıb və oğlanın təsvirinin altında sosial şəbəkənin istifadəçiləri təxminən 27000 şərh yazıblar. Cinayətkara əsasən qızlar çox maraq göstərir.

Tezliklə Ceremi ilə model agentlikləri maraqlanmağa başlayıb.

Blaze Models şirkəti xanımların sevimlisi Ceremi ilə müqavilə imzalayıb, ona Versace və Armani moda evləri ilə əməkdaşlıq təklif edilib. Onun agenti keçmiş porno ulduz Cına Rodriqez olacaq.


Müəllif: