3 İyul 2014 10:30
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yeni vəhşiliklərinin görüntüləri yayılıb.

Teleqraf.com-un məlumatına görə, İŞİD terror qruplaşmasının Əbu Loğman Əl-Xalabi adlı üzvlərindən biri sosial şəbəkədə törətdikləri yeni vəhşiliyin dəhşətli görüntülərini yayımlayıb. Hadisə Hələb şəhərinin Cərəblus qəsəbəsində baş verib.

Fotoşəkildə müxtəlif cür zorakılığa məruz qalaraq öldürülən insanların meyitlərinin üst-üstə yığıldığını görürük. Öldürülənlər hərbçi formasında olsa da, İŞİD üzvü onların ateist olduğunu nəzərə çatdıraraq, paylaşdığı şəkildə "ateistləri məhv etdik" - deyə qeyd edib. Bunu onunla əlaqləndirmək olar ki, qruplşama bir neçə müddət bundan əvvəl "bizdən olmayan müsəlman deyil" kimi bəyanat səsləndirmişdi.

Qeyd edək ki, İŞİD terror qruplaşması ötən gün Əndəlusu da alacaqlarını iddia edərək, ilk dəfə qeyri-müsəlmanlara qarşı savaş edəcəklərini bildirmişdilər. /ANS PRESS/


Müəllif: