3 İyul 2014 11:27
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada sabiq dövlət başçısı Nikola Sarkozi ona qarşı irəli sürülən ittihamlarla əlaqədar şok keçirdiyini, ittihamların isə gülünc olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Rüşvətxorluqda ittiham olunan Sarkozi ittihamlara cavab verib: "Bütün bu ittihamlar sonda Fransanın keçmiş prezidentinə 10 ilə qədər həbs cəzası kəsilməsi ilə nəticələnə bilər".

Keçmiş prezident və onun vəkili Tyerri Hersoq prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat kampaniyası öncəsində Liviyanın sabiq prezidenti Müəmmər Qəddafidən 50 milyon avro maliyyə yardımı almaqda ittiham olunurlar. Bu fakt Sarkozinin vəkili ilə telefon danışığı zamanı üzə çıxıb: “Baş verənlər məni təəccübləndirdi. Mən heç kimdən mənə qarşı xüsusi münasibət göstərməsini istəmirəm. Əgər səhv bir hərəkət etmişəmsə, nəticələrinə qatlaşmağa hazıram. Mən məsuliyyətdən qaçan adam deyiləm. Lakin buradan məni izləyənlərə səslənirəm, bəs mənə aid məhrəm söhbətlərin gizli şəkildə dinlənilməsi nə dərəcədə doğrudur?”

Sarkozi ona qarşı sürülən ittihamların siyasi manipulyasiya olduğunu deyib. Sabiq dövlət başçısının təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. /APA/


Müəllif: