3 İyul 2014 11:35
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İraqı hərbi təyyarələrlə təmin etməyə başlayıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, İŞİD hücumlarının qarşısını almaq üçün İranının İraqı hərbi təyyarələrlə təmin etməsinə dair güclü dəlillər var.

Bir neçə gün əvvəl isə Rusiya hərbi təyyarələrini bölgəyə göndərməyə başlayıb.

Lakin Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) analitiklərinin bildirdiyinə görə, növbəti təchizat iyulun 1-də İran tərəfindən olub.

Bu isə o deməkdir ki, İraqa döyüş təyyarəsi göndərən ABŞ, bu münaqişənin həllində İranla əməkdaşlıq edir.

ABŞ İraqa dronlar (hərbi texnika) və vertolyotlar göndərib. Hazırda isə fəal şəkildə İŞİD-lə bağlı kəşfiyyat məlumatı toplayır.

Vaşinqton həmçinin, İraqın mövcud hava qüvvələrini “Hellfire” raketləri ilə təmin edir.

IISS Hərbi Balans nəşrinin analitiki Cozef Dempsi İraqda çəkilən bəzi video görüntüləri izlədikdən sonra, bildirib ki, fəaliyyət göstərən bəzi döyüş təyyarələri həqiqətən də İrana məxsusdur.

“Görüntülərin təhlili bu nəticəyə gəlməyə imkan verir. İşarələr, seriya nömrələri və kamuflyaj bizim bildiyimiz İran donanmasına uyğun gəlir”, - deyə, o əlavə edir.

İranın İnqilab Keşikçiləri Korpusu («Sepah») tərəfindən idarə edilən Su-25 təyyarələri var. Lakin, bu təyyarələr az saydadır.

Təbii ki, yaranmış vəziyyətdə təyyarələrin kimlər tərəfindən idarə edildiyini müəyyən etmək çox çətindir.
Dempsinin sözlərinə görə, İraq əvvəllər bu təyyarələrin idarə edilməsində müəyyən təcrübəyə malik olsa da, ən azı 11 ildir ki, heç bir pilotun uçuş təcrübəsi yoxdur.

“Ona görə də, ehtimal olunur ki, İraqın bu sahədə xarici dəstəyə ehtiyac var,”, - deyə, o bildirib.

Ülviyyə


Müəllif: