3 İyul 2014 11:51
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib.

Teleqraf.com bildirir ki, yeraltı təkanlar yerli vaxtla bu gün səhər saat 08.04 radələrində hiss edilib. Təkanların episentri Kuş Gölü, gücü isə 4,6 bal olub.

Boğaziçi Üniversitesi Kandilli Rəsədxanası zəlzələnin yerin 12 kilometr dərinliyində baş verdiyini bildirib.

Balıkesirə yaxın olan ərazilərdə hiss edilən zəlzələ vətəndaşları təşvişə salıb.

4,6 bal gücündəki zəlzələnin ardınca 2.9 gücündə daha bir zəlzələ qeydə alınıb. /ANS PRESS/


Müəllif: