3 İyul 2014 16:09
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni müdafiə naziri təyin edilib.

Alınan məlumata görə, Ali Rada Valeri Qeleteyin bu vəzifəni icra edən Mixail Kovalın yerinə müdafiə naziri təyin olunmasının lehinə səs verib.

Valeri Qeleteyin namizədliyinin lehinə deputatların 327-i səs verib. Mixail Koval isə Milli Təhlükəsizlik və Müdafiə Şurasında çalışacaq.

Parlamentdə çıxış edən Valeri Qeletey Rusiyanı hədələyib. Yeni nazir tezliklə Sevastopolda qələbə paradı keçirəcəklərini deyib.

“Mən söz verirəm ki, sizin dəstəyinizlə ölkəmizin təhlükəsizliyi naminə mümkün olan hər şeyi edəcəm. Əminəm ki, Ukrayna qalib gələcək və Sevastopolda qələbə paradı keçirəcəyik”.

/ans press/


Müəllif: