3 İyul 2014 17:03
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin keçmiş prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra 1 il ərzində yeni hökumət ən azı 16 min nəfəri həbs edib.

Teleqraf.com xəbər verir ki, həbs olunanlar devrilmiş prezidentin tərəfdarları olub.

Bu barədə məlumatı "Amnesty International" beynəlxalq təşkilatı yayıb.

Hüquq müdafiəçiləri Misirdə insan haqları ilə bağlı vəziyyətin getdikcə pisləşməsindən narahat olduqlarını bildirirlər.

Həbs olunanlardan təxminən 100 nəfər elə həbsdə ölüb.

Təşkilatın yaydığı xəbərdə deyilir ki, hüquq-mühafizə orqanları saxlanılanlarla qəddar rəftar edir, onlara işgəncə verirlər. Lakin yeni hökumət bununla mübarizə aparmır.

Ülviyyə


Müəllif: