3 İyul 2014 17:36
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Böyük Britaniya bu ölkələrə uçan təyyarələrdə təhlükəsizlik tədbirlərini maskimum həddə çatdırmaq niyyətindədilər. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, "Əl-Qaidə" silahlılarının hazırladıqları yeni partlayıcılar təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilə bilmir.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyindən Cey Conson qeyd edib ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zamanı sərnişinləri rahatsız etməyəcəklər: "Çalışacağıq ki, insanların rahatlığını pozmayaq. Amma təhlükəsizlik tədbirlərinin gücləndirilməsi günün tələbidir".

Təhlükəsizlik tədbirlərinin konkret hansı hava limanlarında gücləndiriləcəyi bildirilmir.

Ruslan


Müəllif: