4 İyul 2014 09:46
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ-də müstəqilik, İngiltərə asılılığından çıxdığı bir gün kimi ölkədə qeyd edilir. Amerikanların çoxu bu günü ABŞ-nin ad günü kimi, sadəcə tarixi deyərək “4 iyul günü” adlandırır. Rəsmi bayram ölkənin hər yerində atəşfəşanlıq, müxtəlif tipli karnavallar və ictimai tədbirlərlə qeyd edilir.

Bu gün artıq dünyada bəlli statusa malik olan Amerika Birləşmiş Ştatları Azərbaycanla strateji tərəfdaşdır və Azərbaycan ABŞ ilə əlaqələrin daha da inkişafına böyük önəm verir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. Bu gün ABŞ şirkətləri həm Azərbaycanda, həm də Azərbaycanın iştirakı ilə xaricdə həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edir və Azərbaycana investisiya yatırırlar. ABŞ Azərbaycanın ən ağrılı məsələsi olan və 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Müstəqillik günü Azərbaycan da daxil olmaqla ABŞ-ın dünyadakı bütün diplomatik missiyalarında qeyd edilir.

Onu da qeyd edək ki, hazırda əsas strateji tərəfdaşı olan Böyük Britaniya ABŞ müstəqilliyini elan olunduğu gündən 30 il sonra qəbul edib.


Müəllif: