4 İyul 2014 14:39
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları İraqı vahid bir dövlət kimi görmək istəyir.

Teleqraf.com-un məlumatına görə, bunu Ağ Evin sözçüsü Coş İrnest jurnalistlərə açıqlamasında bildirib: ⅦBiz birləşmiş İraqın daha güclü olduğuna inanırıq».

Qeyd edək ki, İraq kürdləri müstəqil dövlət qurmaq üçün ABŞ-a müraciət edib. Kürd regionunun lideri Masud Bərzani iyulun 3-də verdiyi açıqlamada müstəqillik haqda referendum keçiriləcəyini deyib. Buna dəstək almaq üçün kürd siyasətçilər Amerikaya səfər ediblər. Onlar ABŞ rəsmiləri ilə görüşüblər. ABŞ dövlət katibi Con Kerri, onun müavini Co Baydenlə görüşən səlahiyyətlilər aldıqları cavabdan məyus qalıblar.

Ağ Ev kürdləri müstəqil dövlət yaratmağa deyil, Bağdada kömək etməyə çağırıb.

Ruslan


Müəllif: