5 İyul 2014 09:42
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Fars əyalətinin Darab şəhərində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla bu gün saat 07:41-da baş verib.

Məlumata əsasən, Hələlik ölən və yaralananlar və dəymiş ziyan barədə məlumat yoxdu.

Qeyd edək ki, iyun ayının 21-də də İranın Fars əyalətinin Baba Monir şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzə nəticəsində Baba Monir şəhərində evlərə ziyan dəymişdi və bəzi evlər dağılmışdı.


Müəllif: