23 Aprel 2014 11:07

Əfqanıstan Müdafiə nazirliyindən verilən məlumatda, əfqan əsgərləri tərəfindən Paktiya və Faryab şəhərlərində son 24 saatda talibana qarşı reallaşdırılan əməliyyatlarda 19 silahlının öldürüldüyü, səkkizinin tutulduğu bildirilir.

Teleqraf.com-un verdiyi məlumata görə, əməliyyat zamanı çoxlu sayda silah və partlayıcı ələ keçirilib. "Əfqan gücləri, ölkənin müxtəlif bölgələrində talibanlar tərəfindən yol kənarına yerləşdirilən 42 bombanı zərərsizləşdirilib", - deyə, Əfqanıstan Müdafiə nazirliyi məlumat yayıb.

Digər tərəfdən, Kunar şəhərində talibanların yol kənarına yerləşdirdiyi qurğunun partlaması nəticəsində bir əfqan əsgəri həyatını itirdi.


Müəllif: