6 İyul 2014 22:10
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Daxili Kəşfiyyat rəhbəri Hans Qeorq Masen kansler Anqela Merkeli Çin kəşfiyyatı barədə xəbərdar edib.

Kəşfiyyat rəhbəri Çin Təhlükəsizlik Xidməti tərəfindən sənayedə casusluq hallarının baş verməsi barədə Anqela Merkeli məlumatlandırıb.

Masenin sözlərinə görə, kiçik və orta biznes Çin kəşfiyyatı üçün asan gəlir mənbəyidir.

Qeyd edək ki, Merkel kansler olduğu müddət ərzində Pekinə 7-ci səfərinə başlayacaq. Bir neçə iri alman iş adamları ilə Çinə yollanan alman liderinin səfəri 3 gün davam edəcək./axar/


Müəllif: